ABŞ-dan Türkiyəyə F-16 satışı ilə bağlı AÇIQLAMA

ABŞ-dan Türkiyəyə F-16 satışı ilə bağlı AÇIQLAMA
Yayınlanma tarixi: 7/12/2023 11:11:17 AM

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin F-16 təyyarələrini modernləşdirməsinin “ABŞ və NATO-nun maraqlarına uyğun olduğunu” bildirib.

İslamazeri.com xəbər verir ki, Blinken, NATO Zirvəsi üçün olduğu Litvanın paytaxtı Vilnüsdə Amerikanın MSNBC televiziyasına verdiyi müsahibədə, F-16 təyyarələrinin Türkiyəyə verilməsi və bunun ABŞ Konqresinin təsdiqi ilə bağlı sualları cavablandırıb.

"Türkiyənin bu təyyarələri alması ABŞ-ın, NATO-nun maraqlarına uyğundur. Biz bütün alyans daxilində bunu edirik, bütün üzvlərinin ittifaqı mümkün qədər güclü etmək üçün lazım olan texnologiyaya malik olduğundan əminik", - ABŞ dövlət katibi bildirib.

Antoni Blinken, F-16 təyyarələrinin Türkiyəyə satışı ilə bağlı Konqresin hər iki qanadının etdiyi etirazların necə aradan qaldırılacağı sualına belə cavab verib:

"Bunlar bizim üçün həmişə ayrı-ayrı məsələlər olub. İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin irəliləyişi qəbul etməsi ilə davam edir. Türkiyənin F-16-ları modernləşdirməsi də bu administrasiyanın siyasətidir".

Türkiyənin NATO müttəfiqi olduğunu vurğulayan Blinken, "Bütün NATO-nun birlikdə çalışması və Türkiyənin bu texnologiyaya sahib olması vacibdir" dedi.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM