FTB-nin 2021-ci il məlumatlarının təhlili göstərir ki, ABŞ-da nifrət cinayətləri artmaqda davam edir və yeni rekord səviyyəyə çatır.
Amerikada nifrət cinayətlərinin artdığı və görünməmiş səviyyəyə çatdığı açıqlanıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, FTB-nin 2021-ci il məlumatlarının təhlili göstərir ki, ABŞ-da nifrət cinayətləri artmaqda davam edir və yeni rekord səviyyəyə çatır.
Hesabatlar göstərir ki, 2021-ci ildə ABŞ-da ümumilikdə 9065 nifrət cinayəti qeydə alınıb. Halbuki, əvvəlki il üçün bu statistika 8120 hadisə olub.
Kaliforniya Dövlət Universitetinin Ekstremizm və Nifrət Araşdırmaları Mərkəzinin direktoru Brayan Levin deyib: “Biz nifrət cinayətlərinin uzun müddətdir davam etdiyi qəribə və həyəcanverici bir dövrdə yaşayırıq”.
Bu məlumatlar göstərir ki, qaradərililər digər irqi qruplara nisbətən daha çox nifrət nitqinin hədəfinə çevrilirlər. Bu cinayətlərdən 2233-ü qaradərililərə qarşı törədilib.
FTB hesabatında həmçinin deyilir: “Bu cinayətlərin qurbanlarının 65,4%-i irqi, etnik mənsubiyyəti və ya əcdadlarına görə təqiblərə məruz qalıb. Bu qurbanların 14,1%-i isə dinə görə hədəfə alınıb.
ABŞ Baş Prokurorluğu bu yaxınlarda ABŞ-da nifrət cinayətləri ilə mübarizə üçün əlavə tədbirlər görəcəyini vəd etdi.