ABŞ-da İslam əleyhinə və müsəlmanlara qarşı nifrət cinayətləri hesabatda öz əksini tapıb.
İslamazeri.com xəbər verir ki, Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, təkcə Massaçusets ştatında məktəblərdə islamafobiya ilə bağlı şikayətlər son bir ildə 72 faiz artıb.
Müsəlman şagird və tələbələrə qarşı standartlaşma və ayrı-seçkilik şikayətlərin əksəriyyətini təşkil edir.
ABŞ-da təxminən 3,5 milyon müsəlman yaşayır. Müsəlmanların ölkə əhalisinin 1,1 faizini təşkil etdiyi bildirilir.
Amerika-İslam Əlaqələri Şurasının 11 apreldən yayılan 2022-ci il İnsan Haqları Hesabatında ABŞ-dakı vəziyyətdən bəhs edilərək təhsil sahəsində anti-islamçılıq, qərəz və ayrı-seçkilik kimi şikayətlərin 33 faiz artdığı yazılıb.
“Əl-Qaidə” terror təşkilatının törətdiyi 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerikada müsəlmanlara qarşı nifrət cinayətləri artıb.
Amerika-İslam Əlaqələri Şurası bildirir ki, ABŞ-da anti-müsəlmanlıq institutlaşdırılıb və alətləşib. Siyasətçilər, ictimai fəallar, beyin mərkəzləri və media qurumları tərəfindən müəyyən missiyalar həyata keçirilir.