4 səhvin 1 düz cavabı aparması ləğv olunacaq? - RƏSMİ

4 səhvin 1 düz cavabı aparması ləğv olunacaq? - RƏSMİ
Yayınlanma tarixi: 6.03.2023 15:17:35

DİM sədri 4 səhvin 1 düz cavabı aparmasının ləğv olunub-olunmayacağına münasibət bildirib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəzi təhsil ekspertlərinin 4 səhvin 1 düz cavabı aparmasının ləğv olunacağı ilə fikrinə münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib ki, həmin ekspertlərə məsləhət görərdim ki, ehtimal nəzəriyyəsi ilə bir az tanış olsunlar:

“Bütün suallara yalnız bir bənd üzrə, məsələn, yalnız A və ya B bəndini seçməklə cavab yazan abituriyentlər də var. Onlar da balların 1/5-ni toplaya bilərlər. Ona görə bu qayda vacibdir. Uşaqlar arasında məşhur olan bir oyun var: “Dəniz döyüşü”. A-A və ya B-B edib bir-birinin gəmilərini məhv edirlər. İmtahanı belə oyuna çevirmək olmaz. İmtahanda insanlar şüurlu olaraq fikirləşib cavab yazmalıdırlar. “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz. Mən bilmirəm, ekspertlər niyə belə məsuliyyəti üzərlərinə götürüb deyirlər ki, bu, ləğv ediləcək. Nəyə istinad edib belə elan verirlər, bunu başa düşmürəm”.

GÜNÜN MANŞETLERİ