NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.
İslamazeri.com xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO dövlət və hökumət başçılarının toplantısının 11-12 iyul 2023-cü il tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcəyini açıqlayıb.
Stoltenberq NATO-nun Soyuq Müharibədən bəri ən mürəkkəb və gözlənilməz təhlükəsizlik mühiti ilə üzləşdiyini bildirib.
Vilnüsdəki görüşün NATO ölkələrinin liderlərinə müdafiə və çəkindirməni gücləndirmək üçün yeni addımlar atmaq imkanı yaradacağını bildirən Stoltenberq müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyin davam etdirilməsinin də müzakirə olunacağını bəyan edib.
Stoltenberq Şimali Amerika ilə Avropa arasında transatlantik əlaqənin NATO ölkələrində yaşayan 1 milyard insanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, NATO-nun sonuncu sammiti 28-30 iyun 2022-ci il tarixlərində İspaniyanın Madrid şəhərində keçirilib.